La Liqa oyununa hava əngəli

04.03.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

İspaniya La Liqasında XXVI turun “Vilyarreal” – “Espanyol” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, “Seramika” stadionunda baş tutmalı görüş pis hava şəraiti səbəbindən təxirə salınıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa rəhbərliyi oyunun yeni vaxtını açıqlamayıb.

“Vilyarreal” 25 turdan sonra 44 xalla 5-ci sıradadır. “Espanyol” isə 27 xalla 15-cidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью