La Liqa prezidenti Premyer Liqanı tənqid etdi

23.04.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

La Liqanın prezidenti Xavyer Tebas yerli çempionatla İngiltərə Premyer Liqasını müqayisə edib.

QOL.az AS-a istinadən xəbər verir ki, o, La Liqanın idmana investisiya baxımından Premyer Liqadan daha yaxşı olduğunu deyib: 

"Premyer Liqa pul itkisidir. Biz idmana investisiya baxımından ən səmərəli liqayıq. İtaliya öz çempionatına böyük sərmayə qoyur, lakin oyunçuları transfer bazarında yüksək qiymətləndirilmir. Biz iqtisadi səmərəlilik və liqanın bütövlüyü üçün çalışmalıyıq.

Çempionatın inkişafına ən çox sərmayə yatıran bizim klublarımızdır. İndi mövcud olan məhsuldarlıq forması ən aktualdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью