futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya La Liqasında VII turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, “Barselona” səfərdə “Sevilya”ya 3:1 hesabı ilə qalib gəlib. Kataloniya təmsilçisinin heyətində Rafinya het-triklə yadda qalıb.
Günün ən böyükhesablı qələbəsini “Rasinq”i (Santander) 5:0 hesabı ilə darmadağın edən “Selta” (Viqo) qazanıb. “Osasuna” – “Rayo Valyekano” matçında bərabərlik qeydə alınıb (1:1), “Atletik” (Bilbao) və “Alaves” qarşılaşmasında isə qapılara qol vurulmayıb (0:0).
Qeydə alınan nəticələr:
İspaniya La Liqası
VII tur
Osasuna – Rayo Valyekano 1:1
Qollar: Ante Budimir, 16 – Serxio Kamelyo, 50
Atletik (Bilbao) – Alaves 0:0
Selta (Viqo) – Rasinq (Santander) 5:0
Qollar: Huqo Qonsales, 32 (pen.), İlaiş Moriba, 43, Migel Roman, 69, Pablo Duran, 78, 90+2
Sevilya – Barselona 1:3
Qollar: Yusuf Fofana, 19 – Rafinya, 22, 52, 69
Bu gün keçirilən oyunlardan sonra turnir cədvəli aşağıdakı kimidir: