La Liqa: Real da büdrədi, Atletiko da

16.02.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya La Liqasında 24-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha dörd matç baş tutub.

Qarşılaşmaların hamısı bərabərliklə yekunlaşıb. Belə ki, altı qolun qeydə alındığı “Leqanes” – “Alaves” matçında qalib müəyyənləşməyib.

Səfərdə “Osasuna” ilə qarşılaşan “Real” itkisi ilə üzləşib. Madridin digər təmsilçisi “Atletiko” da “Selta” ilə ev oyununda oxşar nəticəyə imza atıb. “Vilyarreal” – “Valensiya” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İspaniya La Liqası
24-cü tur
14 fevral

Jirona Xetafe 1:2
Qollar: Errera, 54 – Uçe, 3; Mayoral, 62.

15 fevral

Leqanes – Alaves 3:3
Qollar
: Raba, 10-pen; 37-pen. Əl-Haddadi, 88 – K.Qarsiya, 25. J.Hordan, 50-pen; 68.

Osasuna – Real M 1:1
Qollar
: Budimir, 58-pen – Mbappe, 15.

Atletiko M – Selta 1:1
Qollar
: Sörlot, 81 – Aspas, 68-pen.

Vilyarreal – Valensiya 1:1
Qollar
: Qeye, 32 – U.Sadiq, 84.

16 fevral

17:00. Espanyol – Atletik
19:15. Valyadolid – Sevilya
21:30. Malyorka – Las Palmas
00:00. Betis – Real Sosyedad

17 fevral

00:00. Barselona – Rayo Valyekano

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью