La Liqa: Real Madrid autsayderə uduzdu

02.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider "Real Madrid" Barselonada "Espanyol"un qonağı olub.

Qarşılaşma gözlənilməz nəticə ilə yekunlaşıb. Görüş ərzində meydan sahiblərinin müqavimətini qıra bilməyən kral klubu oyunun son dəqiqələrində qapısında qol görüb - 1:0.

Bu məğlubiyyətdən sonra ilk pillədəki "Real"la yarış cədvəlinin ikincisi "Atletiko" arasındakı xal fərqi (50/48) azalıb. "Espanyol"a gəlincə, komanda 21 xalla 18-ci yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью