Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya La Liqasının 22-ci turunda “Real” doğma meydanda “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib. Qarşılaşma Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirilib.
İdman.Biz xəbər verir ki, oyunda hesabı 15-ci dəqiqədə “Real”ın vingeri Vinisius Junior açıb. 49-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Xorxe de Frutos tarazlığı bərpa edib. 81-ci dəqiqədə “Rayo Valyekano”nun futbolçusu Pate Siss birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Oyunun taleyini isə əlavə olunmuş vaxtda təyin olunan penalti həll edib. 90+9-cu dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək “Real”a qələbə qazandırıb.
22 turdan sonra “Real” 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Rayo Valyekano” isə 22 xalla 17-ci yerdədir.
Növbəti turda “Rayo Valyekano” fevralın 7-də evdə “Oviedo” ilə qarşılaşacaq, “Real” isə fevralın 8-də səfərdə “Valensiya”nın qonağı olacaq.