La Liqa: “Real”dan böyükhesablı qələbə

13.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

İspaniya La Liqasında V turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Real” (Madrid) doğma meydanda “Rayo Valyekano”nu Kilian Mbappenin dublu, Alvaro Karreras və Cud Bellingemin qolları ilə 4:1 hesabı ilə darmadağın edib.

Günün digər görüşlərində “Espanyol” səfərdə “Osasuna”ya 2:0, “Real Rasinq” isə öz evində “Alaves”ə Yassir Zabirinin dublu ilə 2:1 hesabı ilə qalib gəlib. “Atletik” (Bilbao) – “Elçe” matçında isə heç-heçə qeydə alınıb – 1:1.

Qeydə alınan nəticələr:

İspaniya La Liqası

V tur

Real Rasinq – Alaves 2:1

Qollar: Yassir Zabiri, 38, 53 – Ville Koski, 18

Osasuna – Espanyol 0:2

Qollar: Roberto Fernandes, 3, 17

Atletik Bilbao – Elçe 1:1

Qollar: Inyaki Uilyams, 79 – Fakundo Buonanotte, 50 (pen.)

Real (Madrid) – Rayo Valyekano 4:1

Qollar: Kilian Mbappe, 14 (pen.), 90+1, Alvaro Karreras, 17, Cud Bellingem, 35 – Serxio Kamelyo, 51

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью