Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Atletiko"nun hücumçusu Aleksandr Sörlot La Liqanın 35-ci turunda keçmiş komandası "Real Sosyedad"a qarşı oyunda start heyətində meydana çıxıb.
Sportal.az xəbər verir ki, hazırda ilk hissəsi 4:0 yekunlaşan matçda norveçli futbolçu hesabı 7-ci dəqiqədə açıb, 10-cu dəqiqədə ikinci, 11-ci dəqiqədə isə hesabı darmadağın səviyyəsinə çatdırıb.
Bu, La Liqa tarixində ən sürətli het-trik olub. Belə ki, Sörlot oyunun başlanmasından cəmi 10 dəqiqə 46 saniyə ərzində üç qol vurub.
Ümumilikdə, Sörlot bu mövsüm İspaniya çempionatında 33 oyunda 13 qol vurub.
saytlarin hazirlanmasi Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.