La Liqa təmsilçisi klub tarixinin ən yaxşı bombardiri ilə müqavilə müddətini uzadıb

25.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

İspaniya təmsilçisi "Selta" klub tarixinin ən yaxşı bombardiri Yaqo Aspasla müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, 37 yaşlı hücumçu Viqo təmsilçisi ilə 2026-cı ilin yayına qədər anlaşıb.

Qeyd edək ki, Y.Aspas "Selta"nın heyətində ümumilikdə 509 matçda 210 qol vurub. Cari mövsüm isə 16 oyunda rəqib qapılarından 6 qol keçirib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью