La Liqa: “Vilyarreal” “Levante”ni Mikautadzenin qolu sayəsində məğlub edib

19.02.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniya La Liqasının 16-cı turunun təxirə salınmış “Levante” və “Vilyarreal” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Valensiyadakı “Ciudad de Valencia” stadionunda baş tutub. “Vilyarreal” 1:0 hesabı ilə qalib gəlib.

“Vilyarreal”ın hücumçusu Jorj Mikautadze matçın yeganə qolunu 57-ci dəqiqədə vurub.

Bu oyundan sonra “Levante” 18 xalla İspaniya çempionatının turnir cədvəlində 19-cu, “Vilyarreal” isə 48 xalla üçüncü yerdədir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью