La Liqa: “Vilyarreal” üçüncü pillədə ilişdi

10.05.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə İspaniya La Liqasının 35-ci turunda “Vilyarreal” səfərdə “Malyorka” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qonaqlar 31-ci dəqiqədə hesabı açıblar. Ayose Peres penaltini dəqiq yerinə yetirərək “Vilyarreal”ı önə keçirib.

“Malyorka” fasilə ərəfəsində tarazlığı bərpa edib. Meydan sahiblərinin qolunu 45+2-ci dəqiqədə Vedat Muriqi vurub. Bu qol görüşdə yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra “Vilyarreal” xalını 69-a çatdırıb və turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Malyorka” isə 39 xalla 13-cü sıradadır.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью