La Liqa: “Xetafe”dən möhtəşəm qələbə

05.04.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İspaniya La Liqasının 30-cu turunda “Xetafe” öz meydanında “Atletik” Bilbaonu qəbul edib. “Koliseum” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, ev sahiblərinin hər iki hissədə vurduqları qollarla vacib üç xalı aktivlərinə yazdırıblar. Oyunun 14-cü dəqiqəsində Luis Vaskes hesabı açıb. Matçın sonlarına yaxın, 90-cə dəqiqədə isə Martin Satriana fərqlənərək son nöqtəni qoyub.

Bu qələbə sayəsində “Xetafe” (41) turnir cədvəlində mövqeyini yaxşılaşdırıb – səkkizinci pillə. “Atletik” (38) isə Avrokuboklar uğrunda mübarizədə mühüm xallar itirib və onuncu pillədə qalıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью