Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İspaniya La Liqasının V turunda “Rasinq”ə 1:2 hesabı ilə məğlub olan “Alaves” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, qonaqların 23 yaşlı hücumçusu Aytor Manyas qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş dəqiqələrdə ağır zədə alıb.
Cinahdan ötürülən topa başla zərbə vurmaq üçün havaya tullanan gənc hücumçu “Rasinq”in müdafiəçisi Xorxe Salinasın başının arxa hissəsi ilə toqquşub. Hadisədən dərhal sonra ayağa qalxmağa çalışsa da, huşunu itirmək dərəcəsinə gələn Manyasa tibbi heyət tərəfindən bir neçə dəqiqə yardım göstərilib.
Vəziyyəti ciddi qiymətləndirilən hücumçu meydanı xərəcədə tərk etməli olub.
“Real” (Madrid) akademiyasının yetirməsi olan Aytor Manyas 2025-ci ilin yayında “Alaves”in sisteminə transfer olunub.