La Liqada ayın ən yaxşı məqşçisi bəlli olub

24.04.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

İspaniya La Liqasında aprel ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada “Malyorka”nı çalışdıran Martin Demiçelis layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Argentinalı mütəxəssisin rəhbərlik etdiyi komanda ötən ay İspaniya çempionatında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb və 1 heç-heçə edib.

Qeyd edək ki, “Malyorka” La Liqada 32 turdan sonra 35 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında iştirak edib "Borussiya"nın sabiq qapıçısı karyerasını bitirəcək İspaniya millisinin üzvü "Real"ı tərk edəcək - ROMANO AÇIQLADI Ranyeri "Roma"dan ayrılır? "Barselona"nın hücumçusu zədəsini sağaldıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью