La Liqada ayın ən yaxşı məşqçisi bəlli oldu

24.03.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

İspaniya La Liqasında mart ayının ən yaxşı məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, bu, "Barselona"nın çalışdırıcısı Hans-Diter Flikdir. 

Fevralda da hamını qabaqlayan 60 yaşlı alman mütəxəssis 4-cü dəfə ən yaxşı adına layiq görülüb.

Kataloniya təmsilçisi bu ay çıxdığı 2 oyununun hər ikisində qələbə qazanıb.

“Barselona” La Liqada 60 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Ehtiyatda bir oyunu olan Flikin yetirmələri martın 27-də öz meydanında təxirə salınmış matçda “Osasuna” ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью