La Liqada ayın oyunçusu bilindi

09.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Kilian Mbappə İspaniya La Liqasında oktyabr ayının ən yaxşı futbolçusu seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Real”ın (Madrid) fransalı hücumçusu ötən ay göstərdiyi oyunla bu ada layiq görülüb. O, oktyabrda keçirilən üç oyunun hamısında qələbə qazanan “Kral klubu”nun heyətində 4 dəfə fərqlənib.

“Vilyarreal” ilə matçdan sonra “Sevilya” ilə görüşdə dubl edən Mbappe “el klasiko”da da “Barselona”nın qapısından iki top keçirərək komandasına 2:1 hesablı qələbə qazandırıb. Bu uğurlu nəticələr sayəsində madridlilər liderlə xal fərqini 3-ə endiriblər.

Ümumilikdə mövsümdə 11 qol və 2 məhsuldar ötürmə müəllifi olan hücumçu səsvermədə Lamin Yamal, Qonsalo Quedes, Alexandro Qrimaldo və Matias Dituronu qabaqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью