La Liqada ən bahalı transferlər hansılardır?

02.09.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün İspaniya La Liqasında yay transfer pəncərəsi rəsmən başa çatıb.

QOL.az xəbər verir ki, bununla da çempionatda yayın ən bahalı 5 transferi təqdim olunub.

2025/2026 yay transfer pəncərəsində La Liqanın ən bahalı 5 transferi:

Din Huysen - "Bornmut"dan "Real"a, 62,5 milyon avro;

Alvaro Karreras - "Benfika"dan "Real"a, 50 milyon avro;

Franko Mastantuono - "River Pleyt"dən "Real"a, 45 milyon avro;

Aleks Baena - "Vilyarreal"dan "Atletiko"ya, 42 milyon avro;

Georges Mikautadze - "Lion"dan "Vilyarreal"a, 31 milyon avro.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью