Apasport saytına istinadən Icma.az xəbər verir.
"Real Madrid"in futbolçuları hazırda La Liqada ən çox maaş alan oyunçuların siyahısına başçılıq edirlər.
Apasport.az “The Touchline” nəşrinə istinadla xəbər verir ki, çempionatda ən yüksək qazanc əldə edən futbolçu Kilian Mbappedir. Fransız hücumçu illik 31,3 milyon avro maaş alır. Siyahıda ikinci pillədə Vinisius Junior (25 milyon avro), üçüncü yerdə isə David Alaba (22,5 milyon avro) qərarlaşıb.
Dördüncü yeri hər biri illik 20,8 milyon avro qazanan Cud Bellingem və Yan Oblak ("Atleriko Madrid") bölüşür.
Maraqlıdır ki, hazırkı çempion "Barselona"nın heç bir futbolçusu La Liqada ən çox maaş alan ilk beş oyunçu sırasına düşə bilməyib.
Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında PSJdən “Real Madrid”ə azad agent kimi transfer olunub. 27 yaşlı hücumçu bu mövsüm La Liqada 20 oyunda 21 qol vuraraq bombardirlər siyahısına da liderlik edir.
İtaliya çempionatında günün nəticələri: “Komo”dan darmadağın "Liverpul"dan gözlənilməz məğlubiyyət "Qalatasaray"ın yeni transferi Asprilla İstanbula yola düşüb - VİDEO "Qalatasaray"dan inamlı qələbə Bundesliqa: "Bavariya" mövsümdə ilk dəfə məğlub olub