La Liqada görünməmiş GÖSTƏRİCİ İdman və Biz

04.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real” La Liqa tarixində görünməmiş göstəriciyə imza atıb.

İdman.biz xəbər verir ki, Madrid klubu İspaniya çempionatları tarixində topladığı xalların sayında 5000-i keçib.

“Real” buna XII turdan təxirə salınan oyunda “Valensiya”nı 2:1 hesabı ilə məğlub etməklə nail olub. “Kral klubu” bu qələbə ilə ümumi xal sayını 5002-yə çatdırıb. Paytaxt klubu La Liqa tarixində “5000”i arxada qoyan ilk komandadır.

Qeyd edək ki, “Barselona” 4887, “Atletiko” 4018 xalla “Real”ın ən yaxın izləyiciləridir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью