La Liqada hansı matçlar təxirə salınacaq?

11.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

La Liqada hansı matçlar təxirə salınacaq?

DÇ-2026-nın təqvimi İspaniya La Liqasının 2026/2027 mövsümünün ilk turunda dəyişikliklərə səbəb ola bilər.

QOL.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, La Liqa prezidenti Xavyer Tebas daha əvvəl DÇ-2026-da iştirak edən futbolçuların istirahət və mövsümə hazırlıq müddətini təmin etmək məqsədilə bəzi matçların təxirə salına biləcəyini açıqlamışdı.

İspaniya və Fransa millilərinin yarımfinala vəsiqə qazanması artıq ilk turun dörd oyununun təxirə salınmasını qaçılmaz edib. Söhbət aşağıdakı qarşılaşmalardan gedir:

"Barselona" - "Atletik" "Real Madrid" - "Real Sosyedad" "Atletiko" - "Malaqa" "Selta" - "Osasuna"

Bundan başqa, daha bir görüşün də təxirə salınması mümkündür. Bu, Argentina ilə İsveçrə arasında keçiriləcək dünya çempionatının 1/4 final matçının nəticəsindən asılı olacaq.

Əgər İsveçrə yarımfinala yüksəlsə, "Sevilya"nın heyətində çıxış edən Cibril Sou və Ruben Varqasın millidə olması səbəbindən "Sevilya" - "Rayo Valyekano" oyunu ertələnəcək.

Argentina yarımfinala adlayacağı halda isə "Real Betis"in argentinalı yarımmüdafiəçisi Covanni Lo Çelsonun mundialda iştirakını nəzərə alaraq "Valensiya" - "Real Betis" qarşılaşmasının təxirə salınması gündəmə gələcək.

Qeyd edək ki, La Liqa prezidenti Xavyer Tebas bütün mundial iştirakçılarına son oyundan sonra üç həftə istirahət və yeni mövsümə hazırlıq üçün əlavə üç həftə vaxt veriləcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью