La Liqada III tur başladı: “Rasinq” qələbə qazandı

28.08.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya La Liqasında III turun ilk qarşılaşması keçirilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyununda “Rasinq Santander” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Rasinq” ilk hissədə rəqib qapısına üç dəfə yol tapıb. Yassir Zabiri 15, 21 və 36-cı dəqiqədə fərqlənib.

“Elçe” 78-ci dəqiqədə Buba Sanqarenin qolu ilə fərqi azaldıb. Cəmi bir dəqiqə sonra Fernando Nino daha bir qol vuraraq hesabı 2:3-ə gətirib.

Lakin qalan dəqiqələrdə başqa qol olmayıb və “Rasinq Santander” 3:2 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra Santander klubu 3 oyundan 4 xal toplayaraq turnir cədvəlində 8-ci sıraya yerləşib. “Elçe” isə 1 xalla 18-ci pillədə qərarlaşıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью