Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya La Liqası çiplə təchiz olunmuş topları təqdim edən ilk milli liqa olacaq.
Fanat.Az xəbər verir ki. məlumatı qurumun mətbuat xidməti yayıb.
2026/27 mövsümündən etibarən İspaniyanın elitadakı bütün matçlarda sensorla quraşdırılmış toplardan istifadə ediləcəyi açıqlanıb. Sistem VAR və yarıavtomatlaşdırılmış ofsayd aşkarlanması ilə inteqrasiya olunacaq. Rəsmi "Puma" topu, topun hərəkəti haqqında məlumat ötürən və oyunçu ilə təmas anını dəqiq aşkar etməyə imkan verən "Kinexon" sensoruna malikdir.
Bu texnologiya hakimlərə ofsaydları, əllə oyunları, səkmələri və künc zərbələrini müəyyənləşdirməyə kömək edəcək. Onun 2027/28 mövsümündən etibarən Sequnda Divizionunda tətbiqi planlaşdırılır.
Sensorlu toplardan bu yay baş tutan DÇ-2026-da istifadə olunub.
Mirağa