La Liqada mövsümün ən yaxşı məşqçisi açıqlandı

02.06.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İspaniya La Liqasından mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.

Fanat.Az sözügedən liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Barselona"nın çalışdırıcısı Hans-Diter Flikdir.

Alman mütəxəssis səsvermədə  Xose Bordalas (“Xetafe”), Manolo (“Espanyol”), Manuel Pelleqrini (“Betis”), Mişel (“Jirona”), Ernesto Valverde (“Atletik”) və Dieqo Simeoneni (“Atletiko Madrid”) qabaqlayıb.

Qeyd edək ki, Flik 2024-cü ildən "Barselona"nın baş məşqçisidir. "Blauqrana" onun rəhbrliyi altında La Liqanın, İspaniya Kubokunun qalibi olub.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью