La Liqada səfər azarkeşləri üçün yeni qərar

22.10.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

La Liqada səfər azarkeşləri üçün yeni qərar

La Liqanın 20 klubundan 17-si səfər azarkeşləri üçün biletlərin qiymətini maksimum 30 avro ilə məhdudlaşdırmaq barədə razılaşmaya qoşulub.

QOL.az xəbər verir ki, bu barədə liqa nümayəndəsi “Reuters”ə açıqlamasında bildirib.

2023/2024 mövsümündən qüvvədə olan razılaşmaya əsasən, səfər azarkeşləri üçün ən azı 300 bilet ayrılmalıdır. La Liqanın məlumatına görə, təşəbbüs səfər biletlərinin satışını hər oyuna orta hesabla 33 faiz artırıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında səfər biletlərinin qiyməti maksimum 30 funt sterlinqdir. UEFA isə Çempionlar Liqasında qonaq azarkeşlər üçün biletlərin qiymətini 50 avro ilə məhdudlaşdırıb.

La Liqa nümayəndəsi razılaşmaya yeni qoşulan üç klubun adını açıqlamayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью