futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya çempionatında sentyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
Futbolpress.az xəbər verir ki, bu La Liqanın mətbuat xidməti məlumat yayıb. 61 yaşlı almaniyalı mütəxəssis səsvermədə “Atletiko”nun (Madrid) çalışdırıcısı Dieqo Simeone və “Real Betis”in “sükançısı” Manuel Pelleqrinini geridə qoyaraq fəxri mükafatın sahibi olub.
Kataloniya təmsilçisi sentyabr ayı ərzində keçirdiyi bütün qarşılaşmalarda inamlı qələbələr qazanıb. Flikin yetirmələri sırası ilə “Valensiya”nı (5:0), “Levante”ni (4:2), “Rasinq”i (7:2) və “Sevilya”nı (3:1) məğlubiyyətə uğradıblar.
2026/27 mövsümündə aktivinə 21 xal yazdıran “Barselona” İspaniya La Liqasının turnir cədvəlində liderlik edir. Katalonlar çempionatın 8-ci turu çərçivəsində oktyabrın 10-da səfərdə “Xetafe”nin qonağı olacaqlar.