La Liqada zəruri istefa

11.10.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İspaniya La Liqasında gözlənilən istefa reallaşıb. “Ovyedo” baş məşqçi Velko Paunoviçi istefaya göndərib.

"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Paunoviçlə yanaşı, onun köməkçiləri də komandadan gedib. Qeyd edək ki, “Ovyedo” La Liqaya ötən mövsümün yekunlarına əsasən qayıdıb. Komanda hazırda İspaniya çempionatının 8 turundan sonra 6 xalla 17-ci yeri tutur.
Artıq “Ovyedo”nun yeni baş məşqçisi müəyyənləşib. Komanda Luis Karriona həvalə olunub. 46 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью