Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
La Liqa rəhbərliyi “Real”ın (Madrid) fransalı ulduzu Kilian Mbappenin Çin Xalq Respublikasının sabiq lideri Mao Tszedun barədə dediyi sözlərlə bağlı bəyanat yayıb.
Futbolpress.az xəbər verir ki, qurum hücumçunun ifadələrinin La Liqanın rəsmi mövqeyini əks etdirmədiyini bildirib və mədəniyyətlərarası birliyə önəm verdiyini vurğulayıb.
Qalmaqala Mbappenin özünü Mao Tszedun obrazında təsvir edən memlərə güldüyünü və bundan dostları ilə zarafatlaşanda istifadə etdiyini deməsi səbəb olub. Şərqi Asiya ölkəsində kəskin narazılıqla qarşılanan bu açıqlamadan sonra 3 Çin şirkəti futbolçu ilə əməkdaşlığı kəsib, La Liqa matçlarının yayımı müvəqqəti dayandırılıb. Yaranan gərginliyin ardından fransalı hücumçu dediklərinə görə üzr istəyib.