La Liqanı Premyer Liqa ilə müqayisə etdi

15.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

La Liqanı Premyer Liqa ilə müqayisə etdi

“Real”ın yarımmüdafiəçisi Bernardo Silva İspaniya və İngiltərə çempionatları arasındakı əsas fərqlərdən danışıb.

QOL.az xəbər verir ki, 32 yaşlı portuqaliyalı futbolçu “Madrid Universal”a açıqlamasında La Liqada komandaların oyun fəlsəfəsinin fərqli olduğunu bildirib:

“La Liqa bəzi məqamlarda Premyer Liqadan fərqlənir. İspaniyada demək olar ki, bütün komandalar yüksək pressinq tətbiq etməyə və hücumlarını qısa ötürmələrlə qurmağa çalışır. Burada sərt fiziki mübarizə nəzərəçarpacaq dərəcədə azdır. Buna baxmayaraq, İspaniya çempionatı çox keyfiyyətli və yüksək səviyyəlidir”.

Bernardo Silva ötən yay “Real”a keçib və 2028-ci ilə qədər müqavilə imzalayıb. O, bundan əvvəl 9 il “Mançester Siti”nin formasını geyinib.

Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 5 oyunda iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью