La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu

28.01.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu

İspaniya La Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu ada "Real Sosyedad"ın çalışdırıcısı Pelleqrino Matarazzo layiq görülüb.

San-Sebastyan təmsilçisi ötən ay çempionatda keçirdiyi 4 oyunda inamlı təsir bağışlayıb. Komanda "Atletiko" ilə heç-heçə (1:1) edib, "Xetafe" (2:1), "Barselona" (2:1) və "Selta" (3:1) üzərində qələbələr qazanıb.

Qeyd edək ki, hazırda "Real Sosyedad" turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu fevralın 1-də səfərdə "Atletik"ə (Bilbao) qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью