La Liqanın tarixinə düşdü

20.08.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Atletiko" İspaniya çempionatında yeni mövsümə " Malaqa" üzərində qazanılan 2:0 hesablı qələbə ilə başlayıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Yan Oblak üçün bu matç yubiley əhəmiyyəti daşıyıb. Sloveniyalı qolkiper paytaxt klubunun heyətində La Liqada 400-cü oyununu keçirib.

​Oblak İspaniya çempionatı tarixində bu həddə çatan 11-ci qapıçı və bunu bacaran ilk əcnəbi qolkiper olub.

​Xatırladaq ki, Yan Oblak 2014-cü ildən İspaniyada çıxış edir. 33 yaşlı "əlcək sahibi" "Atletiko"ya keçməzdən əvvəl Portuqaliyanın "Benfika" klubunun şərəfini qoruyub. O, Lissabon təmsilçisində olarkən əsasən digər klublarda icarə əsasında çıxış edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью