Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi ("Frontex") davam edən miqrasiya böhranı fonunda axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün La-Manş və Şimal dənizinə patrul gəmiləri göndərəcək. “Reuters” agentliyinin özəl mənbəyə istinadən yaydığı xəbərdə deyilir verir ki, bu barədə Fransa hakimiyyətinin nümayəndələri bildiriblər. Məlumata görə, "Frontex" sentyabr-oktyabr aylarında bölgəyə iki İspaniya patrul kateri göndərəcək. Daha sonra yanvar ayınadək əməliyyata Litvadan bir kater qoşulacaq. Gəmilər Fransa qüvvələri ilə birlikdə patrul xidmətində iştirak edəcəklər. Qeyd edək ki, avqust ayında Fransa sahil mühafizəsi La-Manşda yanan miqrant gəmisindən 157 nəfəri xilas edib.
XQ