Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
La-Manş boğazını keçərək Böyük Britaniyaya getməyə çalışan miqrantları daşıyan qayığın mühərrikində baş verən yanğından sonra 157 nəfər xilas edilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Böyük Britaniyaya doğru hərəkət edən qayığın mühərriki alovlanıb və nəticədə genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilib. Xilas edilən 157 nəfər Fransanın Bulon-sür-Mer limanına aparılır. Hadisə nəticəsində ölən və ya xəsarət alanların olmadığı bildirilir.
Hadisə Böyük Britaniyanın Baş naziri Endi Börnhemin hökumətin kiçik qayıqlarla ölkəyə qanunsuz miqrant axınının qarşısını almaq üçün qətiyyətli tədbirlər görəcəyini bəyan etməsindən bir gün sonraya təsadüf edib.