Laborant olmaq istəyənlərin nəzərinə: Qeydiyyat müddəti uzadıldı

10.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.

"Cebheinfo.az" xəbər verir ki, müraciət etmək istəyən şəxslər aprelin 10-u saat 15:00-dan aprelin 11-i saat 15:00-dək  keçə bilərlər.

Qeyd edək ki, BŞTİ-nin rəsmi saytında martın 18-i laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.  

Namizədlər  vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью