Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Astanada keçirdiyi mətbuat konfransında qəzaya uğramış AZAL təyyarəsi barədə danışıb.
Nazir bildirib ki, Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir.
Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub.
Daha sonra Azərbaycan tərəfi onları Qərb ekspertlərinə ötürüb.
Mətləb Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.