Laçın bir cənnətdir qışı möcüzə VİDEO

04.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçının qışına həsr edilmiş videoçarx hazırlanıb.

Bu barədə APA-ya Komitənin Mətbuat xidmətindən məlumat verilib.

"Azad və abad Laçında yaşanan növbəti qış möcüzəsi dağlar qoynuna sığınmış şəhərin sakinlərinə də, qonaqlarında da xoş əhval bəxş edir. Ağappaq libasını geyinmiş dogma yurdda hər kəsin bu qış günündə öz zövqünə və yaşına uyğun məşğuliyyəti var. Ən əsası odur ki, Laçın ilbəil gözəlləşir, gələcəyə inamla addımlayır", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью