Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Laçın, Cəbrayıl və Şuşada avtobus parkları üçün layihə sənədləri hazırlanacaq.
Avtosfer.az xəbər verir ki, “BakuBus” MMC Qarabağ iqtisadi rayonunda Laçın, Cəbrayıl və Şuşanın avtobus parkları və avtostansiyalarının tikinti layihə sənədlərinin hazırlanması xidmətinin satın alınması üzrə müqavilə imzalayıb.
Satınalmanın qalibi “Bakimetrolayihə” MMC olub.
Tərəflər arasında imzalanan müqavilənin dəyəri 379 757 manat təşkil edib.
Layihə çərçivəsində Laçın və Cəbrayıl rayonları, eləcə də Şuşa şəhərində avtobus parkları və avtostansiyalarının tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması nəzərdə tutulur./banker.az