Laçın dağlarıın məğrur komandiri

08.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

                     Bu gün Milli Qəhrəman Kamil Nəsibovun 80 yaşı tamam olur

Həyatda elə şəxsiyyətlər var ki, onların həyatı, mübarizəsi və göstərdikləri fədakarlıq gələcək nəsillər üçün vətənpərvərlik dərsliyinə çevrilir. Məhz belə qəhrəmanlardan biri-Birinci Qarabağ müharibəsində Laçın cəbhəsində dastan yazan, cəsarəti və təşkilatçılığı ilə tanınan Azərbaycanın Milli Qəhrəmanı Kamil Baladə oğlu Nəsibovdur. O, 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 

Orta məktəbi Minkənddə bitirdikdən sonra 1963-1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) inşaat fakültəsində ali təhsil almış, sonra Bozlu kəndində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilmişdir.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdən ibarət özünümüdafıə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanalılar, Suarası kəndlərinin müdafıəsində böyük rəşadət göstərmişdir.

Laçın rayonunun Suarası kəndi yaxınlığında 1992-ci il iyunun 29-da Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərin birində Kamil Nəsibov snayper gülləsindən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də, cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur. Ağcabədi şəhərində dəfn edilmişdir. Ailəli idi. Dörd övladı yadigar qalmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Nəsibov  Kamil  Baladə oğluna   “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Bozlu kənd mədəniyyət evi Azərbaycanın Milli Qəhrəmanı Kamil Baladə oğlu Nəsibovun adını daşıyır.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью