Laçın kitabxanasına kitablar hədiyyə edilib

06.06.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 iyun, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Laçın rayonunda keçirilən “MDB mədəniyyət paytaxtı Laçın-2025” beynəlxalq tədbirlərində iştirak edib.

AZƏRTAC xəbər verir ki, İsa Həbibbəyli tədbirlər zamanı Laçın rayonunun mərkəzi kitabxanasını da ziyarət edib. O, Akademiya tərəfindən nəşr edilən, həmçinin müəllifi olduğu bir neçə monoqrafik tədqiqat əsərini Laçının “Simurq” kitabxanasına hədiyyə edib.

Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью