Laçın Mərkəzi Xəstəxanasına baş həkim təyin olundu

06.12.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə İbadova Nəcibə Akif qızı Laçın Rayon Mərkəzi Xəstəxanasına direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin olunub.

Teleqraf.com xəbər verir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov Nəcibə İbadovanı kollektivə təqdim edib.

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktor müavini-baş həkimi Nəcibə İbadova indiyə qədər Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nəcibə doktora Laçın rayonunda səhiyyə sisteminin yenidən qurulması işlərində uğurlar arzu edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью