Laçın Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub

06.12.2024

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə İbadova Nəcibə Akif qızı Laçın Rayon Mərkəzi Xəstəxanasına direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin olunub.

SİA xəbər verir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov Nəcibə İbadovanı kollektivə təqdim edib. Laçın Rayon Mərkəzi Xəstəxanasının direktor müavini-baş həkimi Nəcibə İbadova indiyə qədər Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb. Nəcibə həkimə Laçın rayonunda səhiyyə sisteminin yenidən qurulması işlərində uğurlar arzu edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью