Laçın rayonunda maarifləndirici aksiya

18.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Laçın rayonunda narkotiklərlə mübarizəyə dair maarifləndirici aksiya təşkil olunub.

AZƏRTAC- xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Laçın rayon İcra Hakimiyyətinin birgə keçirdiyi aksiya çərçivəsində maarifləndirici əyani vəsaitlər paylanılıb.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью