Laçın rayonunda zəlzələ olub

24.11.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Noyabrın 23-də Azərbaycanda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, zəlzələ Ağdam stansiyasından 74 kilometr cənub-qərbdə Laçın rayonunda qeydə alınıb.

Yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью