Laçın rayonunda zəlzələ olub AZƏRTAC

23.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Azərbaycanda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, zəlzələ Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

Yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью