Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq həyatını itirib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən Axmaz gölməçəsində baş verib.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.