Laçın şəhərinə ilk qar yağıb

17.12.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Laçın, 17 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Laçın şəhərinə payız mövsümün son günlərində ilk qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında fasiləli şəkildə yağmağa başlayan qar səhər saatlarında şəhərdə ağ örpək yaradıb. Hazırda şəhərdə qar yağıntısı dayansa da, buludlu hava şəraiti və mənfi 4 dərəcə temperatur müşahidə olunur.

Qeyd edək ki, şəhərə ilk qar yağsa da, əvvəlki günlərdə Laçının yaylaq ərazilərinə və bir çox kəndlərinə də qar yağıb. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Dövlət Yol Polisi, həmçinin Post Patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

-1 / 7

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью