Laçına yağan qarın görüntüsü VİDEO

06.02.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Laçın rayonunda qarlı hava şəraiti davam edir.

Metbuat.az xəbər verir ki, ötən gecədən başlayaraq bəzi dağlıq rayonlara qar yağıb. Hazırda Laçında hava temperaturu -4°C-dir. Gün ərzində -3°C-dən -5°C-yə qədər dəyişəcəyi, qar yağışının fasilələrlə davam edəcəyi gözlənilir. Qar örtüyünün 1-3 sm artacağı ehtimal olunur.

Sinoptiklər bildirir ki, Laçında soyuq hava şəraiti sabah da davam edəcək. Qar yağışı nəticəsində yolların buz bağlama ehtimalı yüksəkdir. Bu səbəbdən sürücülərə və piyadalara ehtiyatlı olmaları tövsiyə olunur.

Sevinc İbrahimzadə / Metbuat.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью