Laçında 4.5 maqnitudalı zəlzələ oldu Yenilənib

23.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bu gün saat 12:10-da Azərbaycanda zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ Ağdam stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub. 10 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunub.

***

FHN-nin xəbərinə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə nazirliyə məlumat daxil olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью