Laçında ağır qəza, ölən var

04.02.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən saat 21 radələrində Laçın rayonunun Pircahan kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlunun idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Laçın RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью