Laçında avtoqəzada xəsarət alan şəxs Bərdə xəstəxanasında ölüb

05.06.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Laçın rayonunda baş verən avtomobil qəzasında xəsarət alan şəxs Bərdə xəstəxanasında ölüb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iyunun 1-də Laçın rayonu ərazisində yolsuzluq avtomobilinin qəzaya uğraması nəticəsində maşında olan dörd sərnişin - Quliyev Qulu Əlisahib oğlu, Məmnədov Şənürək Əbulla oğlu, İsrafilov Elnur Tofiq oğlu və Əliyev Raqif Şahin oğlu ağır dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq, xəsarət alanlardan Raquf Əliyev ötən gün dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью