Laçında ayı sürücüyə hücum etdi FOTO

19.11.2024

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Laçın rayonunun Qorçu kəndi ərazisində tikinti işləri həyata keçirən maşının sürücüsü ayı hücumuna məruz qalıb.

Sitat.info xəbər verir ki, yaxınlıqda olan işçilərin köməyi ilə sürücünü ölümdən xilas etmək mümkün olub. 

Hadisə Həkəri çayının yaxınlığında olub. Bildirilir ki, sürücü kamaza su tökmək üçün çayın yaxınlığına gedəndə ayı ona hücum edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью